1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı hakim Serbiya-İspaniya oyununda
Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ikinci oyun müəyyənləşib.
Sportnet.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referisinin köməkçisi D qrupunun Serbiya-İspaniya oyununda yan xətt hakimi olacaq.
Qarşılaşmanın baş hakimi isə rumıniyalı Horatio Fesnik olacaq.
Qeyd edək ki, Serbiya-İspaniya matçı mayın 6-ı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. R.Məmmədov həmçinin bu gün baş tutacaq Portuqaliya-Norveç oyununda da yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.