`Qarabağ` Futbol Klubu daim futbolun qlobal inkişaf tendesiyasına uyğun olaraq günün tələblərinə uyğun olaraq təcrübə mübadiləsindən yararlanmağa çalışır.
Sportnet.az-ın məlumatına görə, belə bir səfər bugünlərdə Avropda futbol industriyasının mərkəzlərindən sayılan Portuqaliyaya gerçəkləşib. `Qarabağ` FK-nın idarə heyətinin üzvü Fevzihan Aras, əsas komandanın baş məşqçisinin köməkçisi Elçin Rəhmanov, beynəlxalq əlaqələr üzrə mütəxəssis Vüsal Həsənovdan ibarət heyət Portuqaliyanın paytaxtı Lissabonda olub.
Klubun üzvləri ilk olaraq dünyada futbolçu yetişdirilməsi üzrə liderlərdən "Sportinq`" klubunun düşərgəsində olublar. "Sportinq"in akademiyası, iş sistemiylə tanışlıq çərçivəsində eyni zamanda bir neçə məsələ barəsində də fikir mübadiləsi aparılıb. "Sportinq"lə mümkün əməkdaşlıq barəsində müzakirələrdə "Qarabağ"ın perspektivli futbolçuların "Sportinq"in akademiyasında hazırlıq dönəmi keçməsi, hazırlanması haqqında danışılıb.
Eyni zamanda "Sportinq" akademiyasının yetirmələrinin "Qarabağ" FK-ya mümkün mövqelər üzrə icarəyə verilməsinin mümkünlüyü müzakirə edilib. "Sportinq" tərəfi "Qarabağ" FK-nın son illərdə Avropada uğurlu çıxışı fonunda bu layihəyə pis baxmadıqlarını və prosesin mümkünatını bildiriblər. Ardınca nümayəndə heyətimiz Portuqaliyanın nəhəng klubu "Benfika" nın düşərgəsində olublar. Burda da klubun akademiya sistemiylə tanış olunub. "Benfika"nın iş prinsipləri, akademiyadan əsas komandaya futbolçu hazırlanması prosesi haqqında məlumat alınıb.