Futbol üzrə Azərbaycan I Divizionunda çempion müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Xəzər” komandası mövsümün başa çatmasına bir tur qalmış qızıl medalları təmin edib. Bu, debütantın XXVI turda evdə "Zaqatala”nı 3:2 hesabı ilə məğlub etməsi, liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan”ın isə səfərdə "Turan Tovuz"a 1:2 uduzmasında sonra reallaşıb.
Qələbə sayəsində xalını 50-yə çatdıran "Xəzər” 46 xala malik "Qaradağ Lökbatan” üçün əlçatmaz olub.
Qeyd edək ki, reqlamentə əsasən, "Xəzər” Premyer Liqada sonuncu yeri tutan "Kəpəz”i əvəzləməlidir.
"Mil-Muğan” 1-0 "Şüvəlan”
(Vüqar Asəliyev, 82)
"Xəzər” 3-2 "Zaqatala”
(Tural Qürbətov, 55; Ramil Həsənov, 73; Eltun Turabov, 79 // Cavad Kazımov, 68; Nicat Muxtarov, 71)
"Turan Tovuz” 2-1 "Qaradağ Lökbatan”
(İlkin Rzayev, 8; Tuqay Alhüseynli, 53 // Sabir Allahquliyev, 43 (p.))
"Ağsu” 3-2 "Binə”
(Adil Tağıyev, 17; Ramil Əliyev, 26; Bəhlul Əliyev, 89 // Sərxan Ağayev, 13; Vüsal Səfərov, 71 (p.))
MOİK 0-0 "Sabah”