Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Səbail” doğma meydanda "Zirə” ilə üz-üzə gəlib. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qəsəbə təmsilçisi 11 turdan sonra qələbəyə sevinib. Matçda yeganə qolu 16-cı dəqiqədə Vüsal İsgəndərli vurub. Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran "Zirə” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Səbail” isə 23 xalla 7-ci yerdədir.
Günün ikinci oyunu Qəbələdə baş tutub. Mayın 28-də Azərbaycan Kubokunun finalında üz-üzə gələcək "Qəbələ” və "Keşlə” komandaları həmin qarşılaşmanın repetitsiyasını ediblər.
Matçda hesabı 11-ci dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıb. Meydan sahibləri 20 dəqiqə sonra Stiven Monrozun dəqiq zərbəsi ilə hesabı bərbarləşdiriblər. Bu, qarşılaşmada vurulan son qol olub.
Qeydə alınan heç-heçədən sonra xalını 46-ya çatdıran "Qəbələ" avrokuboka vəsiqəni təmin edib.
"Keşlə” 25 xalla 6-cı sıradadır.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib. Bu gün isə "Zirə" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. Tura sabah keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu ilə yekun vurulacaq.
Topaz Premyer Liqası, XXVI tur
5 may (şənbə)
17:00. "Səbail” – "Zirə” - 0:1
Qol: Vüsal İsgəndərli, 16
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”
19:00. "Qəbələ” – "Keşlə” 1:1
Qol: Stiven Monroz, 33 - Slavik Alxasov, 11
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu