"Beşiktaş" klubu Türkiyə Super Liqasının XXXII turunda "Kayserispor"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Wodafone Park"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 31-ci dəqiqədə Duşko Toşiç, 45-ci dəqiqədə Adriano vurub. İkinci hissədə isə tərəflər hərəyə bir oyunçusunu itirib. 61-ci dəqiqədə Duşko Toşiç, 90-cı dəqiqədə Umut Bulut qırmızı vərəqə alıb.
Bu qələbə sayəsində "Beşiktaş" xallarını 65-ə çatdırsa da, yenə 4-cü pillədə qalıb. Lider "Qalatasaray"ın 69, sonrakı iki pillənin sahibləri "Fənərbağça" ilə "Başakşehir"in isə hərəyə 66 xalı var.
Qeyd edək ki, çempionatın bitiminə iki tur qalıb.