
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın II Bundesliqasındakı yerini təmin edən "Ertsgebirge Aue" klubundakı taleyi sual altına düşüb.
Sportnet.az-ın "Tag24" nərinə istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçu ilə "Darmştadt" maraqlanır. Bu klub II Bundesliqanı 10-cu pillədə başa vurub. Nazarovun isə hazırkı klubu ilə 2021-ci ilədək müqaviləsi var.
Qeyd edək ki, "Aue"ni ümumilikdə 10-dək futbolçunun tərk edəcəyi bildirilir.