Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Anton Krivotsyuk Makedoniya yığması ilə mayın 27-də keçirilmiş yoldaşlıq görüşündə məğlubiyyətin səbəbkarı olub.
Sportnet.az-ın məlumatına görə, oyuna kapitan sarğısı ilə çıxan Krivotsyuk 25-ci dəqiqədə qeyri-adi avtoqol edib. Onun uzaqdan qapıçıya göndərmək istədiyi zərbə tora daxil olub. Əvəzində 80-ci dəqiqədə millinin daha bir oyunçusu Fərid Nəbiyev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, görüş Makedoniyanın qələbəsi ilə yekunlaşıb - 1:0.