Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Avstriyanın "Mattersburq" klubuna transfer olunduğuna dair xəbərlərə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu hələlik bu məsələyə aydınlıq gəlmədiyini bildirib. O, hazırda millini düşündüyünü diqqətə çatdırıb: "Mən Avstriyada oynamayacağam. Ora gedə də, getməyə də bilərəm. Amma hələlik heç bir qərar qəbul etməmişəm. Karyeramla bağlı hazırda bir söz deyə bilmərəm. İndi yığmanın düşərgəsindəyəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirəm".
Şeydayev "Qarabağ"dan ayrılmasına icarə müqaviləsinin başa çatmasını səbəb göstərib.
Qeyd edək ki, Ramil Şeydayev müqavilə üzrə Türkiyə "Trabzonspor"una məxsusdur.