1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Daha çox birgə olmalıyıq" - MÜSAHİBƏ
"Kifayət qədər yaxşı oynadıq. Bəzi məqamlarda, əlbəttə, səhvlər var idi. Lakin fikrimcə, get-gedə daha yaxşı olacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Qırğızıstan yığması üzərində 3:0 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra deyib. 22 yaşlı hücumçu digər sualları da cavablandırıb...
- Belə hesabı gözləyirdin?
- Təbii ki, qələbə üçün oynayırdıq. Ona görə də hər şey gözləmək olardı. Daha çox qol vurmağa çalışırdıq. Bu, yeni baş məşqçi ilə ilk qələbəmiz idi. Ümidvaram ki, gələcəkdə qələbələrimizin sayı daha çox olacaq.
- Öz oyununda eniş hiss edirsən?
- Xeyr.
- Yığmada hansı komponentləri artırmaq lazımdır?
- Yəqin ki, qarşılıqlı əlaqə daha çox olmalıdır. Elə də uzun müddət deyil ki, bir yerdəyik. Rotasiyalar olduğundan, yeni oyunçuları çox da tanımırıq. Eləsi var ki, birinci dəfədir görürük. Eləsi də var ki, çoxdan birgəyik. Buna görə də daha çox birgə olmalıyıq.
- Qol vurmağına nə mane oldu?
- Fərqlənmək üçün yaxşı imkanım oldu. Ötürmə vermək istədim. Amma alınmadı. Sonradan isə iti bucaq altından zərbə vurdum. Amma daha tez vursaydım, qol imkanımı lazımınca dəyərləndirəcəkdim.