
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığması səfərdə Albaniyanı darmadağın edib.
Sportnet.az-ın məlumatına görə, 3 cavabsız topdan 2-ni Hollandiya "Herenven"inin yarımmüdafiəçisi Arber Zeneli vurub. O, 21 və 51-ci dəqiqələrdə fərqlənib. Oyunda son nöqtəni isə Belçika "Genk"ində çıxış edən hücumçu Edon Jeqrova 67-ci dəqiqədə qoyub.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda məhz Kosovoya qarşı keçirəcək.