
Azərbaycan futbol ailəsinin "Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 140000 nəfərə çatıb.
Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, 140000-ci üzv "Məktəbli Kuboku”nda çıxış edən 13 yaşlı Zahir Zakir oğlu Əliyevdir.
O, Füzuli rayon M.Xəzani adına Musiqi Təmayüllü İnternat Tipli Gimnaziyanın 7-cı sinif şagirdidir.