
İngiltərə Futbol Assosiasiyası 2019-2020 mövsümündən Premyer Liqada qış fasiləsinin tətbiq olunacağı təsdiqləyib.
Sportnet.az xəbər verir ki, bu barədə Britaniya mətbuatına qurumun baş icraçı direktoru Martin Qlenn bildirib. Assosiasiya və Premyer Liqa 2019/2020 mövsümündən etibarən qış fasiləsinin elan olunması ilə bağlı razılıq əldə ediblər.
Qeyd edək ki, bu hal yeni televiziya müqaviləsi üzrə ilk dəfə baş verəcək.