
Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda Tamer Tunaya tapşırılıb. 42 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tamer Tuna başa çatan mövsümdə "Göztəpə" klubunda işləyib. O, daha öncə 2014-2015 mövsümündə "Sivasspor"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.