1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Millinin səfər proqramı müəyyənləşdi
Futbol üzrə Azərbaycan millisi komandasının iyunun 5-də Astanada Qazaxıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün səfər planı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, yığma iyunun 3-də saat 12:00-da çarter reysi ilə Astanaya yola düşəcək. Komandanın heyətindəki 26 futbolçudan yalnız Qırğızıstanla yoldaşlıq görüşündə xəsarət alan Pavel Paşayevin yüngül zədəsi var. Lakin həkimlərin rəyinə əsasən, sağ cinah müdafiəçisi Qazaxıstanla qarşılaşmada meydana çıxa biləcək.
İyunun 4-də Qazaxıstanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycanın U-21 millisi də əsas yığma ilə birgə yola düşəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv oyundan sonra adi reyslə Bakıya dönəcək.
Əsas komanda isə çarter reysi ilə iyunun 7-də Latviya ilə yoldaşlıq oyunu üçün Riqaya yollanacaq.
Qeyd edək ki, Qazaxıstanla görüş Bakı vaxtı ilə saat 18:00-da, Latviya ilə matç isə 19:00-da başlayacaq.(Report)