İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson insult keçirdikdən sonra yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis özünü yaxşı hiss edir, ayaq üstdə möhkəm durur və artıq avqustda keçmiş komandasının oyunlarına getməyi planlaşdırır.
Ser Aleks mayın 5-də beyninə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
O, 1986 - 2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. Bu dövr ərzində Ferqyuson komanda ilə ölkə çempionatında 13 titul, Çempionlar Liqasında isə 2 kubok qazanıb.