1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qəbələ” Xorvatiyada mübarizəni dayandırdı
Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qəbələ”nin U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın "Olimpiya” klubu ilə qarşılaşıb. Gərgin və maraqlı oyun şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib.
Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala yüksəlib. Turnirdə ilk məğlubiyyətini alan "Qəbələ” mübarizəni dayandırıb.
Xatırladaq ki, komanda qrupda Sloveniya "Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya "Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli "Osiyek”lə sülhə imza atıb – 1:1.