Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Sabah" komandasının yeni baş məşqçisi Elşad Əhmədov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Baş məşqçi postuna təyinatınızla bağlı rəsmi müqavilə nə zaman bağlanılacaq?
- Rəsmi müqavilə hələ bu həftə ərzində imzalanacaq. Formal xarakterli bəzi məsələlər qalıb.
- Köməkçilərinizi müəyyənləşdirmisiniz?
- Bəli, Rövşən Babayev, Səttar Əliyev və Vitali Kovalyov məşqçi korpusumuzda yer alacaqlar.
- Başa çatan mövsümdə rəhbərliyiniz altında "Xəzər”də çıxış edən futbolçulardan kimləri "Sabah”a gətirməyi planlaşdırırsınız?
- Hələlik 6 nəfəri düşünürük. Onlarla rəsmi müqavilə bağlanmadığı üçün hamısının adlarını deməyi düzgün saymıram. Hələlik Vadim Abdullayev, Tural Qürbətov və Bəxtiyar Soltanovu qeyd edərdim.
- Transfer siyahınızda başqa kimlər var?
- Kərim Diniyev və Məqsəd İsayevlə razılıq əldə etmişik. Elvin Məmmədovla danışıq aparırıq. Amma hələ heç nə dəqiqləşməyib. Danışıq apardığımız başqaları da var. Orta məxrəcə gələndən sonra adlarını açıqlayarıq.
- Hazırlıq planınızı tərtib etmisiniz?
- Bəli, iyunun 18-də bir araya gələcəyik. Əvvəlcə seleksiya xarakterli məşqlərimiz olacaq. Komanda komplektləşəndən sonra 2 – 12 iyunda Bakıda təlim-məşq toplaışı keçəcəyik. 16 - 29 iyunda isə Türkiyədə hazırlıq prosesimiz olacaq.
- Komanda ev oyunlarını və məşqləri harada keçirəcək?
- Artıq bu məsələdə həllini tapıb. "Əlincə Arena”nı seçmişik.