Almaniyanın "Borussiya" (Dortmund) komandası "Verder Bremen" klubunun futbolçusu Tomas Dileyni heyətinə qatıb. 
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb. 
Danimarka millisində də çıxış edən oyunçu 2022-ci ilə qədər Almaniya klubunun şərəfini qoruyacaq.  
Qeyd edək ki, Tomas Dileyni 2016-cı ildən "Verder"də çıxış edib. O, Danimarka yığmasının heyətində Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. 









                 





    
    
    
    
    
    
    
    
    






















































