Türkiyənin "Akhisarspor" klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.
Sportnet.az-ın "Fanatik"ə istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Buruk rəhbərlikdən daha yaxşı şərtlərlə müqavilə istəsə də, bu, baş tutmayıb.
Qeyd edək ki, "Akhisarspor" 2017-2018 mövsümündə Türkiyə Kubokunun qalibi olub.