1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rostov"un sabiq futbolçusu Azərbaycan millisində - FOTO
Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə daha bir futbolçu dəvət olunub.
Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, ötən mövsümün ikinci yarısında Rusiyanın "Rostov” klubunda çıxış etmiş Elvin Talıbov komandaya qoşulub. O, iyulun 5-dən başlanan hazırlıq prosesində iştirak edir. İyulun 27-dək davam edəcək toplanış ərzində 5 yoxlama oyunu nəzərdə tutulub. U-19 iyulun 15-də "Keşlə”nin əvəzediciləri, iyulun 18-də və 21-də "Qəbələ”nin əvəzediləri, iyulun 24-də MOİK, iyulun 27-də "Şüvəlan”la qarşılaşacaq.
Qeyd edək ki, Elvin Talıbov 22 fevral 2000-ci ildə anadan olub. O, 22 fevralda "Rostov"un gənclərdən ibarət komandasına cəlb olunub. 3 oyuna çıxan Talıbov iyunun 8-də komandadan kənarlaşdırılıb.