Türkiyənin "Yeni Malatyaspor" klubunun futbolçuları "Qazişehir Qaziantep"lə yoldaşlıq görüşünə İngiltərə "Arsenal"ında çıxış edən Məsut Özilə dəstək ifadə edən formalarla çıxıblar.
Sportnet.az-ın məlumatına görə, oyunçuların formalarında Özilin fotosu və "Səninləyik", "İrqçiliyə yox" yazısı əks olunub.
Türk əsilli 29 yaşlı yarımmüdafiəçi Almaniya millisindəki karyerasını Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla şəkil çəkdirməsi ilə əlaqədar qalmaqaldan sonra bitirib. Özil Almaniya Futbol İttifaqının ona irqçi münasibət göstərdiyini bildirib.
Qeyd edək ki, Məsut Özil Almaniya millisində 2009-cu ildən çıxış edib. O, yığmada 92 oyuna 23 qol vurub.