"Neftçi” bu mövsüm Topaz Premyer Liqasında ilk oyununu avqustun 11-də keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda 1-ci turda "Sumqayıt”ın qonağı olacaq. "Dalğa Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.
Komanda "Gənclik şəhəri” təmsilçisi ilə indiyədək 24 çempionat oyununda qarşılaşıb. Bunlardan 12-də qalib gələn paytaxt təmsilçisi, 9-da məğlub olub. Cəmi 3 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də "Neftçi” üstündür – 39:30.










































































