Bununla belə, 29 yaşlı yarımmüdafiəçi "Qəbələ"dəki komanda yoldaşının hərəkətinə haqq qazandırmayıb: "Hesab edirəm ki, mənim o suala cavab verməyim düzgün deyil. Bir-iki günə Kamran qayıdacaq. Elə onun özünə zəng edin, soruşun ki, qaqaş, bunu niyə belə edirsən? Kamranı tanıyıram, 15 ildir onunla dostam. Açığı mən o hadisəni görməmişəm, eşitməmişəm. Oyunu elə də diqqətlə izləyə bilmədim. Kim deyirsə, elə hərəkətlər bəyənilir, səhvə yol verir. Elə şeylər bəyənilmir. İndi, ola bilsin, o da emosiyalarını saxlaya bilməyib. İndi rəqib futbolçular, guya portəgiz, ispan, bolqar dilində, öz dillərində elə sözlər demirlər? Sadəcə, elə deyirlər ki, onları heç kim eşitmir. Yaxşı olar ki, Kamranın özünə zəng edib, ondan soruşasınız. Mənim nəsə deməyim düzgün deyil. Hər kəsin öz fikri var".
Qeyd edək ki, ABŞ-la oyun zamanı Kamran Ağayevin işlətdiyi təhqiramiz ifadə efirə də düşüb. Həmin epizodun ardından rəqib komanda daha bir qol vuraraq, qalib gəlib - 2:0.