"Sabah” komandasının baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasında "Sumqayıt"la keçirəcəkləri ilk ev oyunu barədə danışıb. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında matça ciddi hazırlaşdıqlarını bildirib.
Əhmədov deyib: "Sumqayıt” I turda "Neftçi”yə məğlub olub. Buna görə bizimlə oyuna ciddi hazırlaşdıqlarını bilirik. Rəqibin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hər bir rəqibə hörmətlə yanaşırıq. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Məqsədimiz ev oyunundan yaxşı nəticəylə ayrılmaqdır”.
Qeyd edək ki, bu gün "Əlincə Arena"da keçiriləcək "Sabah” - "Sumqayıt” görüşü saat 20:30-da başlanacaq.