"Qəbələ"nin baş meneceri Zaur Əzizov və komandanın baş məşqçisi Sənan Qurbanov Türkiyəyə işgüzar səfər ediblər.
Sportnet.az-ın məlumatına görə, klub rəsmiləri səfər çərçivəsində Superliqa təmsilçisi "İstanbul Başakşehir"in bazasında olublar. Onlar İstanbul klubunun baş məşqçisi Abdullah Avcı və icraçı direktoru Mustafa Eröğütlə görüşüblər. Görüş zamanı Türkiyə klubunun idarəçiliyi, strukturu və texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Abdullah Avcı və Mustafa Eröğütə "Qəbələ" formaları hədiyyə edilib.