"Keşlə"nin idman direktoru Ramiz Məmmədov qadın hakim-inspektor İrina İsgəndərovanın cəzaya məruz qalmasının səbəbkarı olub.
Sportnet.az-ın məlumatına görə, sabiq baş məşqçi Azərbaycan I Divizionunda II turun "Sumqayıt-2" - "Keşlə-2" matçından sonra hakimlər otağına İsgəndərovanın icazəsi olmadan daxil olub. O, qarşısındakının zərif cinsin nümayəndəsi olmasından yararlanaraq, zorla içəri keçib.
Oyunu isə gənc referi Namiq Bəkirov idarə edib. "Keşlə-2"nin futbolçusu Ruslan Nəsirli Bəkirovun başçılıq etdiyi hakimlər briqadasını təhqir edib.
Görüş "Sumqayıt-2"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə" oyun zamanı 2 penaltisinin verilməməsinə etiraz edib.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar komitəsi lazımi ölçü götürməlidir.










































































