İtaliyanın "İnter" klubu daha bir ciddi itki ilə üzləşib. Sportnet.az-ın "Sky Sport İtalia"ya istinadən məlumatına görə, Danilo D Ambrozio 6 həftəlik sıradan çıxıb.
Onun diz bağlarında qırıq aşkarlanıb. 26 yaşlı cinah müdafiəçisi yaşıl meydanlara dekabradək həsrət qalacaq. Onun Avropa Liqasının son turunda "Qarabağ"a qarşı forma geyib-geyinməyəcəyi bilinmir. Bu matç dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir.
D Ambrozionun zədəsi "İnter"in baş məşqçisi Valter Matsari üçün daha bir ağır zərbə olub. Daha öncə Daniel Osvaldo 1 ay müddətinə sıradan çıxıb. Mateo Kovaçiç Xorvatiya yığmasının heyətində Azərbaycan millisinə qarşı görüşdən sonra axsamağa başlayıb. Onun həftəsonu "Napoli" önünə çıxması sual altındadır. Conatan və Uqo Kampanyaro daha uzun müddət oynamayacaq. Yuto Naqatomo isə Yaponiya yığmasının düşərgəsindən gec qayıdacaq.
Qeyd edək ki, "İnter"lə "Qarabağ" arasında ilk görüşdə meydan sahibləri qalib gəlib - 2:1.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |