İspaniyanın "Barselona" və "Sevilya" klublarının sabiq futbolçusu Fernando Navarro karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi şəxsi "Twitter" hesabından paylaşım edib.
Qeyd edək ki, Fernando Navarro "Barselona" klubunun yetirməsidir. O, 2008 - 2015-ci illərdə çıxış etdiyi "Sevilya" klubunda iki dəfə Avropa Liqasının qalibi olub. Təcrübəli oyunçu son olaraq "Deportivo"nun formasını geyinib.