1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev: "Buna görə işimiz bir az çətinləşir"
Azərbaycan millisinin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının II turunda səfərdə Malta ilə 1:1 hesabı ilə heç-heçə başa çatan matçdan sonra "Report"un suallarını cavablandırıb.
Sporrtnet.az xəbər verir ki, 29 yaşlı müdafiəçi öncə oyun haqqında danışıb:
- Oyun istədiyimiz kimi getmədi. Bura 3 xal üçün gəlmişdik. Bunun üçün hazırlaşırdıq, rəqib yaxşı analiz edirdik. Çalışırdıq ki, qol buraxmayaq. Ancaq təəssüf ki, qapımıza penalti təyin olundu və hesabda 0:1 geri düşdük. Düzdür, sonradan hesabı bərabərləşdirə bildik. Hesabda irəli çıxmaq üçün vaxtımız var idi. Belə deyim ki, daha da aqressiv oynasaydıq, istəyimizə çata bilərdik. Bir qol çatmadı ki, Maltadan 3 xalla qayıdaq. Yenə də üzülmürük. Qarşıda oyunlarımız var. Riyazi hesablamaya görə rəqiblərimizə hələ çata bilərik. İnanıram ki, gələn qarşılaşmalarda daha yaxşı oynayacağıq və lazım olan xalları qazanacağıq.
- Komandamız hücumda çox "dişsiz" görünürdü....
- Komanda ola bilər qol vurmayıb. Ancaq nə qədər "dişsiz" olub-olmamağı iə bağlı sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Çünki hücumda çıxış edən futbolçuları yalnız baş məşqçi təhlil edə bilər. Mən onların komanda yoldaşıyam. Əlbəttə, istərdik ki, bir yerdə qalib gələk. Ancaq təəssüf ki, buna nail ola bilmədik.
- Qələbəyə layiq idiniz. yoxsa..?
- İnanıram ki, Azərbaycan Maltadan daha güclü oynadı. Düzdür, özünüz də gördünüz ki, rəqibdə 60-cı dəqiqədən başlayaraq 5-6 futbolçusu ayaqlarını tutaraq uzanırdı. Bununla oyunu tempini öldürürdülər. vaxt uzadırdılar. Bu, bizə psixoloji cəhətdən mənfi təsir edirdi, motivasiymızı aşağı salırdı. istədiyimizi əldə edə bilmirdik.
- Qrupdakı əsas rəqibimiz Kosovo qələbə qazandı...
- Eşitdim ki. 2:0 hesabıyla qalib gəldilər. Buna görə işimiz bir az çətinləşir. Ancaq yenə də Kosvoyla səfər matçımız var. Hər şey öz əlimizdədi.