Ukrayna çempionatında IX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun açılış matçında "Şaxtyor" "Volın"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Avropa Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubuna rəqib olan "Dnepr" isə "Çernomorets"i qəbul edib. Bu görüşdə də ev komandası qalib gəlib. Amma qələbə o qədər də asan alınmayıb. 20-ci dəqiqədə İvan Bobkonun qolu ilə hesabda geri düşən "Dnepr" 17 dəqiqə sonra Nikola Kaliniçlə bərabərliyə, 66-cı dəqiqədə isə Pavel Kutasın avtoqolu ilə əzmkar qələbəyə sevinib.

Bu nəticədən sonra "Qarabağ"ın rəqibi xallarını 25-ə çatdıraraq, liderliyini davam etdirib. Kiyev "Dinamo"su 23 xalla 2-ci, "Şaxtyor" 21 xalla 3-cüdür.
Ukrayna çempionatı, IX tur
19 oktyabr
19:00. "Karpatı" - "İliçeveç" - 1:0
21:30. "Dnepr" - "Çernomorets" - 2:1
21:30. "Metallurq" (Donetsk) - "Zarya" - 0:0
18 oktyabr
"Metallurq" (Zaporojye) - "Olimpik" 2:2
"Vorskla" - "Metallist" 0:0
"Qoverla" - "Dinamo" Kiyev 0:4
17 oktyabr
"Şaxtyor" - "Volın" 6:2