
"Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, 34 yaşlı qolkiper oktyabrın 11-də Fransaya qarşı yoldaşlıq, oktyabrın 15-də isə İsveçrə ilə UEFA Millətlər Liqasının oyunu üçün heyətə cəlb olunub.
Qeyd edək ki, bu ilin yayında "Qarabağ”a transfer olunan Hannes Halldorsson DÇ-2018-də İslandiya yığmasının heyətində yer alıb.