1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz üçün sürpriz qarşılanma - FOTOLAR
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə səfər oyunu üçün bu ölkəyə yollanıb.
Sportnet.az-ın bu matç üçün ezam olunmuş əməkdaşı xəbər verir ki, komanda üzvlərini aparan təyyarə saat 17:25-də Heydər Əliyev Beynəlxaq Hava Limanından yola düşüb. Yığma səfərə çarter reysi ilə çıxıb. Amma millimiz ada-dövlətə birbaşa uçmayıb.
Komandamız əvvəlcə Kopehagenə eniş edib. Burada isə yığmamızı bir zamanlar ölkəmizdə "Neftçi" və "Qarabağ"da çalışmış, hazırda isə fəaliyyətini Danimarkanın "Aarus" klubunda davam etdirən fiziki hazırlıq üzrə məşqçi Ruben Selles qarşılayıb. İspan mütəxəssisin baş məşqçi Qurban Qurbanovla mehriban və səmimi görüşməsi diqqətlərdən yayınmayıb.
Hazırda Danimarkanın paytaxtında hava limanında olan heyət üzvləri oradan isə "Atlantic Airways” şirkətinə məxsus təyyarə ilə Torshavna istiqamət alacaq.
Maraqlıdır ki, yığmanın Farer adalarına birbaşa deyil, tranzit yolu ilə uçmasına səbəb bu ölkəyə yalnız xüsusi ixtisaslaşmış pilotların eniş edə bilməsidir.
Qeyd edək ki, oktyabrın 11-də "Torsvollur” stadionunda keçiriləcək Farer adaları – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.