1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vermalen yenə zədələndi
Tomas Vermaeln növbəti dəfə sıradan çıxıb.
Sportnet.az xəbər verir ki, Belçika millisinin üzvü yığmanın İsveçrə ilə matçında zədələnib.
"Şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada xəsarət alan Vermalen təxminən 4 həftə yaşıl meydanlara həsrət qalacaq.
Belə olan halda isə arxa xətt oyunçusu "Barselona”nı çətin vəziyyətə salıb. Kataloniyalılar qarşıdakı 3 qarşılaşmada ("Sevilya” (20 oktyabr), "İnter” (24 oktyabr) və "Real” (28 oktyabr)) Tomasın xidmətindən məhrum olacaqlar.
Maraqlıdır ki, 33 yaşlı mərkəz müdafiəçisi karyerası boyunca dəfələrlə zədə səbəbindən komandasından ayrı qalıb.