Türkiyənin "Erzurumspor” komandasının baş məşqçisi Mehmet Özdilek İbrahim Şehiçin "Qalatasaray”a keçidinin əleyhinədir.
Sportnet.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu barədə "NTV Spor”a açıqlamasında deyib. Özdilek Bosniya və Herseqovina millisinin qapıçısının onlar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Şehiç çox yaxşı performans sərgiləyir. Bu cür xəbərlərlə futbolçunun fikrini qarışdırmağı düzgün saymıram. Bizim üçün önəmli olan qış fasiləsinədək nə qədər xal toplayacağımızdır. Bu müddətdə önəmli oyunçumuz Şehiç olacaq. "Atanın və tutanın yaxşı olacaq” deyə bir məsəl var. Bizim tutanımız çox yaxşıdır. Bu səbəbdən, onu asanlıqla vermərik”.
Qeyd edək ki, 2013 - 2018-ci illərdə "Qarabağ”ın formasını geyinmiş İbrahim Şehiç yayda azad agent kimi "Erzurumspor”a keçib.