İngiltərənin "Lester” klubunun prezidenti Vişay Şrivaddanaprabhanın vertolyotu qəzaya uğrayıb.
Sportnet.az-ın "The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə İngiltərə Premyer Liqasının X turunda "Lester” və "Vest Hem” komandaları arasında keçirilmiş və 1:1 hesabı ilə başa çatmış görüşdən yarım saat sonra baş verib.
Qəza "Kinq Pauer” stadionu yaxınlığında olub. Vertolyot oyun başa çatandan sonra havaya qalxıb, ancaq pilot idarəetməni itirib. Yerə çırpılan vertolyot yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və həkim briqadası gəlib. Hələlik vertolyotun göyərtəsində kimlərin olduğu bilinmir.
"Sky Sports” isə Şrivaddanaprabhanın vertolyotda olduğunu yazıb.