
"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsində Almaniyanın "Herta” klubu ilə keçirəcəyi oyunların başlama saatları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, əlalət təmsilçisinin noyabrın 7-də doğma meydandakı matçı 17:00-da başlayacaq. Almaniyadakı oyun isə noyabrın 28-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, ikinci mərhələnin qalibi 1/16 finalda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektivdən biri ilə üz-üzə gələcək.