
"Keşlə” Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış "Qarabağ"la oyunun hazırlıqlarını başa vurub.
Sportnet.az xəbər verir ki, paytaxt klubu yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi ilə oyunun keçiriləcəyi "ASK Arena"da məşqə çıxıb.
Qeyd edək ki, "Keşlə” – "Qarabağ” oyunu oktyabrın 31-i saat 19:00-da başlanacaq.