Şotlandiya çempionatının XI turunda "Harts" və "Haybernian" klubları arasında keçirilmiş oyun zamanı azarkeşlər matçı gedişatına müdaxilə ediblər.
Sportnet.az "Sky News"a istinadən xəbər verir ki, oyun epizodlarından birində "Harts"ın qolkiperi Zdenek Zlamal qapı arxasına düşən topu götürən zaman tribunadakı azarkeşlər tərəfindən vurulub.
Çexiyalı qapıçı zərbədən sonra üzünü tutaraq yerə yıxılıb. Başqa bir epizodda isə "Haybernian"ın baş məşqçisi Nil Lennon zərər çəkib. Ona tribunadan dəmir pul atılıb və sikkə mütəxəssisin çənəsinə dəyib.
Polis hər iki faktla bağlı araşdırmalara başlayıb. Artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
//