
"Keşlə"nin futbolçusu Duallo Samba Quidileye Mavritaniya milli komandasının heyətinə dəvət alıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Botsvana yığması ilə Afrika Kubokunun seçmə mərhələsinin oyununa çağırılıb.
Baş məşqçi Korenten Martinsin açıqladığı 24 nəfərlik siyahıda Quidileye də yer alıb.
Qeyd edək ki, matç noyabrın 18-də keçiriləcək.