
"Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Yaxşı da hazırlaşmışdıq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Tural Axundov evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Komandasının qalib gəlmək üçün əlindən gələni etdiyini bildirən futbolçu təəssüf hissini də gizlətməyib: "Qalib gəlmək üçün əlimizdən gələni etdik. Qələbə qazanmalıydıq. Çox təəssüf ki, alınmadı”.