1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yuventus" "Milan"ı da yendi
İtaliya A Seriyasının XII turunun mərkəzi görüşündə "Milan" və "Yuventus" komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 8-ci dəqiqədə Mario Mancukiç açıb. 82-ci dəqiqədə isə Kriştianu Ronaldu yekun nəticəni müəyyənləşdirib. Bu qoldan bir dəqiqə sonra Qonsalo İquain qırmızı vərəqə alaraq, "Milan"ı azlıqda qoyub.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Yuventus" liderliyini daha da möhkəmlədib. "Milan" isə 21 xalla 5-ci yerdə gedir.