1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messidən növbəti rekord
Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Almaniya yığmasının sabiq hücumçusu Gerd Müllərə məxsus olan rekordu yeniləyib.
Sportnet.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı forvard İspaniya La Liqasının XII turunda evdə "Betis"ə 3:4 hesabı ilə məğlub olduqları matçda 2 dəfə fərqlənməklə buna nail olub. Messi Kataloniya təmsilçisinin heyətində 566-cı qoluna imza ataraq, bir komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
Gerd Müller isə Almaniyanın "Bavariya" klubunun heyətində 565 qola imza atıb.
Qeyd edək ki, siyahıya Braziliya yığmasının əfsanəvi futbolçusu Pele başçılıq edir. O, ölkəsinin "Santos" klubunun heyətində 643 qol vurub. İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu isə İspaniya "Real Madrid"ində vurduğu 450 qol ilə siyahıda beşinci pillədədir.