1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz BOS-da məşqə çıxdı
Farer adaları və Kosovo ilə keçirəcəyi UEFA Millətlər Liqasının V tur matçı ilə əlaqədar toplanışda olan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda (BOS) məşqə çıxıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə milliyə dəvət almış 24 futbolçunun hamısı qatılıb. Qurbanov məşqin əvvəlində oyunçularla qısa söhbət edərək, tapşırıqlarını çatdırıb. Daha sonra komanda üzvləri fiziki və topla çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi Farer adalarını noyabrın 17-də BOS-da qəbul edəcək. Bundan 3 gün sonra yığma Priştinada Kosovonun qonağı olacaq.