İspaniya milli komandasının futbolçusu Serxio Ramos karyerasında 100-cü qolu vurub.
Sportnet.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi buna Xorvatiyaya 2:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının V tur matçında nail olub. 78-ci dəqiqədə o, penaltini dəqiq yerinə yetirib. Bu, Ramosun penaltidən 17-ci qolu olub.
Digər tərəfdən, təcrübəli oyunçu İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub.
Qeyd edək ki, görüş Xorvatiyanın qələbəsi ilə yekunlaşıb - 3:2.