
"Neftçi” klubunun sabiq rumıniyalı futbolçusu Adrian Nyaqa üçün ödədiyi məbləğ açıqlanıb.
Sportnet.az digisport.ro saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2009-cu ilin yanvarında hücumçudan ötrü Rumıniyanın "Styaua” klubuna 500 min avro ödəyib.
Qeyd edək ki, Nyaqa 2010-cu ilin iyununa qədər "Neftçi”də çıxış edib. O, 43 oyunda 16 qol vurub.