
Denis Silva "Keşlə”nin heyətində 100-cü çempionat matçını keçirib.
Sportnet.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XIII turuna təsadüf edib. Braziliyalı müdafiəçi arxada qalan müddətdə 4 qol vurub.
İndiki klubunda 4-cü mövsümünü keçirən Silva 2015/2016 mövsümündə 35 (1 qol), 2016/2017 mövsümündə 25 (2 qol) dəfə meydana çıxıb. Ötən çempionatda 27 dəfə şans qazanan braziliyalı cari mövsümün 13 matçında 1 dəfə fərqlənib.
Qeyd edək ki, Denis Silva klubunun tarixində 100 və daha çox oyun keçirən 13-cü futbolçudur. "Keşlə”nin rekordçusu isə hesabında 205 matç olan Vladimir Levindir.