1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Premyer Liqa və avrokubok üçün AFFA-ya müraciət edənlər
2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak üçün AFFA-ya müraciət edən klubların adları açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda Premyer Liqa və I Divizionda yer alan bütün klublar elitada çıxış etmək üçün ərizə veriblər: "Ümumilikdə 15 klub - Premyer Liqadan "Qarabağ”, "Neftçi”, "Qəbələ”, "Sabah”, "Səbail”, "Keşlə”, "Sumqayıt” və "Zirə”, I Diviziondan isə MOİK, "Şüvəlan”, "Zaqatala”, "Qaradağ Lökbatan”, "Turan Tovuz”, "Kəpəz” və "Ağsu” müraciət edib”.
S.Hacıyev bildirib ki, Premyer Liqanın 7 klubu növbəti mövsüm avrokubokda çıxış etmək üçün ərizə verib. "Sabah” klubu isə fəaliyyətinin 3 ili tamam olmadığı üçün qitəmiqyaslı turnirlərə qatıla bilməz.