1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vüqar Məmməd: "Nəyə qadir olduqlarını bilirik"
"Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq".
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raundunun püşkünün nəticələri baradə danışarkən deyib.
40 yaşlı mütəxəssis bu mərhələyə daha ciddi hazırlaşmalı olduqlarını bildirib: "Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar ki, komandalar səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyır və nəyə qadir olduqlarını bilirik”.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının elit-raundunda İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq. Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək.