1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mourinyoya görə "Mançester Yunayted"dən gedir
Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin "Mançester Yunayted" klubunu tərk etmək istəyir.
Sportnet.az-ın ESPN-ə istinadən məlumatına görə, səbəb 25 yaşlı hücumçunun baş məşqçi Joze Mourinyo ilə münaqişəsinin get-gedə dərinləşməsidir. Lukaku klubun start heyətinə az-az düşməsindən narazıdır. O, daha çox oynaya biləcəyi komanda tapmaq niyyətindədir.
Qeyd edək ki, Romelu Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan keçib. Cari mövsümdə o, 14 oyun ərzində 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Əvvəllər Lukaku Belçikanın "Anderlext", İngiltərənin "Çelsi" və "Vest Bromviç" komandalarında forma geyinib.