1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov istefa verdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov milli komanda ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib.
O bildirib ki, uzun müddətli əməkdaşlıq haqda danışıqları olsa da, həm klub, həm də millidə çalışması alınmayıb.
Qurbanov bildirib ki, kollektiv oyunda mütləq kök möhkəm olmalıdır: "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur: "Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam".
Qurbanov əvəzləyicisinin kim olacağına İcraiyyə Komitəsinin qərar verəcəyini söyləyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Düşünmədən səhvə yol verə bilərik. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Növbəti baş məşqçinin əcnəbi və ya yerli olacağına dair bir söz deyə bilmərəm. Özləri qərar verəcəklər".